"Report": İnvestorlar yenidən avrozonaya yönəlməyə başlayıb - ANALİTİKA


Digərləri 11 İyn 2018 16:16:10 213 0

"Report": İnvestorlar yenidən avrozonaya yönəlməyə başlayıb - ANALİTİKA

Buna səbəb qitədən gələn müsbət xəbərlərdir

Bu günlərdəABŞ-ın 10 illik müddətə buraxılmış dövlətistiqrazlarının illik faiz dərəcəsi 2,78%-ə qədər düşüb, sonra isəyenidən2,93%-də qərarlaşıb.

"Report"un analitik qrupu bildirir ki, buna səbəb investorların ani olaraqavrozonaya marağının artmasıdır.

Məsələ ondadır ki, uzunmüddətli siyasi gərginlik Avropa bazarlarını investisiya qoymaq üçün arxa plana keçirdiyindən investorların ABŞ bazarına marağı artırdı. Lakin son günlər Avropada baş tutan hadisələrinvestorların diqqətiniyenidən avrozona ölkələrinə yönəldib. Söhbət ilk növbədə İtaliyanın yeni baş nazirinin vergi və büdcə xərcləmələri ilə ediləcək dəyişikliklər fonunda yerli sahibkarların dəstəklənəcəyi ilə bağlı açıqlamasından gedir. Bundan başqa,İtaliyanın avrozonadan çıxması ilə bağlı söz-söhbətin səngiməsi, qitənin 3-cü ən böyük iqtisadiyyatı ilə bağlı müsbət xəbərlər investorları yenidən avrozonaya, İtaliyanın maliyyə bazarına yatırım etməyə stimullaşdırıb. Son nəticədə bu ölkənin 10 illik istiqrazlarının gəlirliliyi2,9%-a yüksəlib.

Digər tərəfdən ABŞ prezidenti DonaldTrampın adminstirasiyası NAFTA müqaviləsini yeniləmək üçün Kanada və Meksika ilə ayrı-ayrılıqda müzakirələrə başlayıb. Rəsmi Vaşinqtonüçtərəfli müqavilə əvəzinə hər bir tərəflə ayrı-ayrılıqda müqavilələr bağlamağa üstünlük versə də, Meksikanın bu yeniliyin əleyhinə olduğu görünür.Eyni zamanda Meksikanın cavab tədbiri kimi ABŞ mallarına gömrük rüsumlarınınqaldırması xəbəri yenidən Şimali Amerikada sabit olmayan siyasi və iqtisadi vəziyyətin siqnallarını verir. Avropanın müsbət, Şimali Amerikanın isə hələlik qarışıq iqtisadi vəziyyəti ABŞ istiqrazlarının illik faiz dərəcəsinəbir müddət mənfi təsir göstərib. Dollar indeksi 0,1% geriliyərək 93,829 səviyyəsinə, adətən Amerika valyutası iləəks istiqamətdə dəyişən qızılın 1 unsiyasınınqiyməti isə 0,2% irəliləyərək 1297,64 dollara çatıb.

Bununla belə, son hadisələr ABŞ-la bağlı trendi zəiflətsə də, hələ də bu ölkənin müsbətfundamental iqtisadi göstəriciləri- işsizlik səviyyəsinin 18 ilin ən aşağı həddinə düşməsi, dollar indeksinin və faiz dərəcələrinin artması, Federak Ehtiyat Sistemininnövbəti dəfə uçot dərəcəsini artıracağı ilə bağlı gözləntilərABŞ iqtisadiyyatını investorların marağının əsas mərkəzi nöqtəsi kimi saxlayır.Bu isə təbii ki, digər iqtisadiyyatlara olan marağa, xüsusi ilə də inkişaf etməkdə olan ölkələrin qiymətli kağızlarına mənfitəsir edir.

Qrafikdən göründüyü kimiABŞ istiqrazlarının gəlirlilik göstəricilərindən sonra ümumi olaraq inkişaf etməkdə olan ölkələrinavrobondları dəyər itirməyə başlayıblar. Məsələn, ödəniş tarixi 2024-ci olan Azərbaycan avrobondları bir il ərzində 2,9%, Türkiyə avrobondları 9,6%, Qazaxıstan istiqrazları 1,8%, ödəniş tarixi 2023-cü olan Rusiya avrobondları isə 4,4% dəyərdən düşüb.Təbii ki, burada diqqəti ən çox cəlb edən Türkiyədir. Bu ölkənin avrobondlarının həddindən çox ucuzlaşması artmaqda olan tədiyyə balansının kəsiri, yüksək inflyasiya,seçkiqabağı siyasi gərginlik və geosiyasi risklərlə izah oluna bilər.