Ərdoğan: Türkiyə İraqın şimalında yeni hərbi əməliyyatlara başladı


Digərləri 11 İyn 2018 16:10:00 283 0

Ərdoğan: Türkiyə İraqın şimalında yeni hərbi əməliyyatlara başladı

Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında hərbi əməliyyatlara başlayıb.

Bakı. Rufiz Hafizoğlu - Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında yeni hərbi əməliyyatlara başlayıb. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələri 20 qırıcıdan istifadə etməklə PKK terrorçularının 14 bazasını məhv edib.