Ağırlıqqaldıranımızın cəza müddəti başa çatdı


İdman 11 İyn 2018 15:48:00 272 0

Ağırlıqqaldıranımızın cəza müddəti başa çatdı

Azərbaycan millisinin qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəza müddəti başa çatıb.

Goal.az xəbər verir ki, bolqarıstanlı legioner artıq yarışlarda iştirak edə bilər. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizi müsbət nəticə verdiyi üçün 10 iyun 2016-cı ildə 2 illik cəzaya məruz qalmışdı. Orqanizmindən dehidroxlormetiltestosteron (turinabol) və stanozolol tapıldığı üçün Kostova London olimpiadasında tutduğu 5-ci yerdən məhrum edilmişdi. 

Hazırda Bolqarıstanda olan 25 yaşlı idmançının Azərbaycan yığmasındakı gələcək karyerası hazırlıq durumundan asılıdır. O, məşqçilər korpusunu qane edəcəyi təqdirdə, heyətə cəlb ediləcək.

Qeyd edək ki, Azərbaycanın ən titullu qadın ağırlıqqaldıranı olan Kostova 58 kq çəki dərəcəsində dünya və üçqat Avropa çempionudur. O, həmçinin Bolqarıstan yığmasının heyətində Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olub.