Neftçi 4 oyun keçirəcək


İdman 11 İyn 2018 15:29:00 308 0

Neftçi 4 oyun keçirəcək

Neftçi-nin 2018/2019 mövsümü üçün yay hazırlıq proqramı müəyyənləşib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, hazırda istirahətdə olan komandamız iyunun 17-də təlim-məşq bazasında bir araya gələcək və baş məşqçi Roberto Bordinin rəhbərliyi altında ilk məşqinə çıxacaq. Bu gündən isə futbolçular tibbi müayinədən keçməyə başlayıb.

Neftçi iyunun 22-nə qədər paytaxtda məşqləri davam etdirəcək. Daha sonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 6-dək Topuk yaylası bölgəsində baş tutacaq hazırlıq prosesində Roberto Bordinin yetirmələri 4 yoxlama görüşü keçirdəcək. Rəqiblərin kimliyi haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək