Zakir Qaralov Ağstafada vətəndaşlarla görüşəcək


Digərləri 11 İyn 2018 15:26:00 257 0

Zakir Qaralov Ağstafada vətəndaşlarla görüşəcək

Zakir Qaralov Ağstafa rayon prokurorluğunun inzibati binasında Ağstafa, Qazax, Şəmkir, Tovuz və Gədəbəy rayon sakinlərinin qəbulunu keçirəcək.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov iyunun 22-də saat 10:00-da Ağstafa rayon prokurorluğunun inzibati binasında Ağstafa, Qazax, Şəmkir, Tovuz və Gədəbəy rayon sakinlərinin qəbulunu keçirəcək. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.