Kimin qaçan cangüdənləri iş başında VİDEO FOTO


Digərləri 11 İyn 2018 15:18:00 311 0

Kimin qaçan cangüdənləri iş başında  VİDEO  FOTO

Sabah Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreyanın lideri Kim Çen In arasındha danışıqlar aparılacaq.

Son.az Daily Mail-ə istinadən bildirir ki, dövlət başçılarının təhlükəsizliyinin təminatı ilə bağlı Sinqapurda fövqəladə səviyyədə təhlükəsizlik tədbirləri görülsə də, Kim Çen Inın mühafizəsi ifrat dərəcədə güclüdür.

Sinqapurdakı görüşün təhlükəsizliyini 23 mindən artıq polis təmin edir.

Kim Çen Inla Cənubi Koreyanın prezidenti Mun Çje In arasındakı görüşdə dünyanın ilk dəfə gördüyü "qaçan cangüdənlər" Sinqapurda da eyni hərəkətləri icra ediblər.

10 cangüdən Kim Çen Inın olduğu avtomobili qaçaraq müşayiət edirdilər. Onlara nepallı qurkh şərbçilər də yardım edirlər.

Qara rəngli, zirehli Mercedes avtomobildəki Kim Çen In Sinqapurun mərkəzindəki "St.Regis" otelinə yollanıb.

Şimali Koreya liderinin avtomobili otelə çatmazdan 30 dəqiqə əvvəl ətrafdakı bütün yollar bağlanmışdı.


Xəbərə aid fotolar