İspaniya millisində zədə - məşqi yarımçıq tərk etdi


İdman 11 İyn 2018 14:57:00 380 0

İspaniya millisində zədə - məşqi yarımçıq tərk etdi

İspaniya milli komandasının futbolçusu Jerar Pike məşq vaxtı zədələnib. 

Goal.az xəbər verir ki, Barcelona-lı müdafiəçi sağ dizindən xəsarət alıb. 31 yaşlı futbolçu yığmanın Krasnodardakı hazırlıq prosesində sona qədər iştirak edə bilməyib. Pikenin zədəsinin ciddilik dərəcəsi tibbi müayinədən sonra bəlli olacaq. 

Qeyd edək ki, İspaniya dünya çempionatının qrup mərhələsində Portuqaliya (15 iyun), İran (20 iyun) və Mərakeş (25 iyun) yığmaları ilə üz-üzə gələcək.