Azərbaycan bu ilin I rübündə Gürcüstana 51 mln. dollar investisiya qoyub


İqtisadiyyat 11 İyn 2018 14:45:19 334 0

Azərbaycan bu ilin I rübündə Gürcüstana 51 mln. dollar investisiya qoyub

Ölkə bu baxımdan Birləşmiş Ərəb Əmirliklərindən sonra 2-ci olub

Bu ilin yanvar-mart aylarındaAzərbaycan Gürcüstana qoyulan investisiyaların məbləğinə görə, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) sonra 2-ci olub.

"Report" "Business Georgia" saytına istinadən xəbər verir ki, rüb ərzində qonşu ölkəyə yatırımlar 51 mln. ABŞ dolları təşkil edib.

BƏƏ üzrə bu göstərici isə 82 mln. dollar olub.

İnvestisiyaların məbləğinə görə, 3-cü yerdə Çin (41 mln. dollar), 4-cü yerdə Niderland (32 mln. dollar), 5-ci yerdə isə ABŞ (23 mln. dollar) qərarlaşıb. Ümumilikdə isə 3 ay ərzindəGürcüstana 279,3 mln. dollar pul qoyulub ki, bu da illik müqayisədə33% azdır.