Məhkumluğu olan sürücülərin işə götürülməsi iə bağlı RƏSMİ AÇIQLAMA


Digərləri 11 İyn 2018 14:42:00 275 0

Məhkumluğu olan sürücülərin işə götürülməsi iə bağlı RƏSMİ AÇIQLAMA

Üzərində məhkumluğu olan şəxslərin sürücülüyə qəbul edilməməsi barədə fikirlər düzgün deyil.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xiddmətinin rəhbəri Mais Ağayev bildirib.

Qurum rəsmisi deyib ki, bu cür şəxslər cəmiyyətə inteqrasiya olunmalıdır: "Dövlətin də bu barədə xüsusi siyasəti var. Məhkumluğu olan şəxsin sürücü kimi fəaliyyət göstərməsinə məhdudiyyət yoxdur. Sadəcə, bu məsələyə xüsusi yanaşmalar olmalıdır ki, həmin şəxslərin törətdiyi cinayətə baxılmalı, araşdırılmalıdır. Əgər sürücü təkrar cinayət törədibsə, içkili vəziyyətdə avtomobil idarə edərkən qəza törədibsə və bu hadisə çoxsaylı insanların xəsarət almasına səbəb olubsa, həmin sürücünün 3-cü dəfə avtobus idarə etməsi mümkün deyil".