Sonuncu sınaq imtahanının nəticələri bu gün elan olunacaq


Digərləri 11 İyn 2018 14:31:00 239 0

Sonuncu sınaq imtahanının nəticələri bu gün elan olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə iyunun 10-da keçirilmiş sınaq imtahanında istifadə edilmiş sual kitabçaları və test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

DİM-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, imtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.

10 iyunda keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları ilə DİM-in saytında tanış olmaq mümkündür.

Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin gün ərzində (axşam saatlarında) elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.