Trabzonspor-un futbolçusu AFFA-nın təklifini rədd edib


İdman 11 İyn 2018 14:34:00 282 0

Trabzonspor-un futbolçusu AFFA-nın təklifini rədd edib

Trabzonspor-un futbolçusu Murat Cem Azərbaycanın gənclərdən ibarət millisində oynamaq təklifi alıb. Goal.az xəbər verir ki, ötən mövsümün ikinci dövrəsini icarə əsasında “1461 Trabzon”da keçirən 19 yaşlı havbek AFFA-nın dəvətini qəbul etmədiyini söyləyib:

Tranzonspor-un aşağı yaş qrupunda çıxış etdiyim vaxt Azərbaycandan təklif almışdım. Məni bu ölkənin U-18 komandasına çağırmışdılar. Lakin təklifi qəbul etmədim. Çünki Türkiyə millisindən dəvət gözləyirdim. Ancaq Türkiyə yığmasına da çağırılmadığım üçün çox məyus olmuşdum”.

Yenidən Trabzonspor-a qayıdan Murat Cem bu klubun U-21 komandasına qoşulub. Murat Cem 2016-cı ildə Azərbaycanın U-17 yığmasının heyətində 4 yoxlama görüşündə iştirak edib.