Lukaşenko: "BelarusAzərbaycan münasibətləri gələcəkdə də dinamik inkişaf edəcək"


Siyasət 11 İyn 2018 14:30:00 281 0

Lukaşenko: "BelarusAzərbaycan münasibətləri gələcəkdə də dinamik inkişaf edəcək"

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, A.Lukaşenko qeyd edib ki, ötən illər ərzində Belarus-Azərbaycan əlaqələri çox yüksək davamlı strateji tərəfdaşlıq səviyyəsinə çıxıb.

Təbrikdə deyilir: "Hər iki dövlət çoxtərəfli sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, əsas beynəlxalq problemlər üzrə eyni mövqeyə malikdir. Birgə səylərlə əməkdaşlığın möhkəm təməli qoyulub, sənaye sahəsində bir sıra layihələr reallaşdırılır".

A.Lukaşenko əmin olduğunu bildirib ki, Belarus və Azərbaycan arasında etibarlı münasibətlər hər iki ölkənin xalqlarının rifahı naminə gələcəkdə də dinamik inkişaf edəcək.