“Beynimə xələl gətirir, kefimi pozur”


Şou-biznes 11 İyn 2018 14:10:00 278 0

“Beynimə xələl gətirir, kefimi pozur”

Xəbər verdiyimiz kimi, "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının növbəti qonağı müğənni Samir Cavadzadə olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi qalmaqallı çıxışları ilə yadda qalıb. Samir onuncu yerə yenicə müğənniliyə başlayan aparıcı Nanə Ağamalıyevanı layiq görərək onu rusiyalı ifaçı Olqa Buzovaya bənzədib.

Doqquzuncu yeri Xatirə İslama verən Samir müğənninin mahnısının hit olmadığını deyib:

"İfasına söz ola bilməz. Gözəl də oxuyub öz tərzində. Mahnı mənim zövqümdə deyil. Daha hit mahnı gözləyirəm Xatirədən. Fikirləşirəm ki, partlayış mahnısı deyil".

İfaçı Günay İbrahimlinin mahnılarının oxşar olduğunu deyib:

"Yaxşı mahnıdır, gözəl də ifa edib. Bir mahnı digərinə oxşayacaqsa, bu yenilik deyil məncə. Günay bu fikirlərdən inciməməlidir və örnək götürüb nəsə nəticə çıxarmalıdır. Mən də olsam, nəticə çıxararam ki, belə deyirləsə, yəqin nəsə oxşardır".

Sənətçi Damlanın mahnısını bəyənmədiyini qeyd edib:

"Mahnı olaraq bəyənmədim, klip yaxşıdır. Peşəkar musiqiçi kimi desəm, mənim tərzimdə deyil. Heç kimdən qorxmuram. Sənətim, səsim olmasaydı, qorxardım. Amma deməyə haqqım var. Elza xanım çox aqressiv formada danışdı. Onu mən də seyr etdim. İstəməzdim ki, Elza xanım bu cür rəftar etsin". 

Altıncı yeri Murad Arif və Ramil Nabranın duetinə verən Samir Muradın yox, Ramilin ifasını bəyəndiyini vurğulayıb:

"Mahnının eşitdim, adi sözlərdi. "Gedək oppalara"... Hətta başqa hansısa mahnıya da oxşatdım. Lap hit mahnı deyil. Bu mahnıda daha çox Ramil Nabranı bəyəndim. Zövqlər başqadı. Bir o qədər bəyənmədim. Murad Arif yazır da, oxuyur da, amma arada qəşəng hitlər də yazır".

Müğənni beşinci pilləyə isə əməkdar artist Miri Yusifin mahnısını layiq bilib:

"Mənimçün sadə klip kimi gəldi. Qrafikada hər şey yaxşı idi, bircə arxadakı iki qızı bəyənmədim. Onlar olmamalı idi orada. Ya da maraqlı bir geyimdə olmalı idilər. Mahnıda çox yaxşı məqamlar var".