PSG Mbappeni Neymara qurban verir


İdman 11 İyn 2018 14:16:00 261 0

PSG Mbappeni Neymara qurban verir

PSG-nin hücumçusu Kilian Mbappe yayda klubunu dəyişə bilər. Goal.az "Don Balon"a istinadən xəbər verir ki, fransalı futbolçunun xidmətlərində Manchester United maraqlıdır. PSG gənc forvardı satmağa hazırdır. Rəhbərlik düşünür ki, bu yolla Neymarı komandada saxlamaq şansları artacaq. Mbappeyə görə 270 milyon avro tələb edilir. "Qırmızı şeytanlar" isə Antoni Marsialı transferin bir hissəsi kimi istifadə etməklə qiyməti aşağı salmağa çalışacaq.

Mbappe 2017-ci ilin yayında mütləq satınalma şərtilə Monaco-dan Paris klubuna icarəyə verilmişdi. PSG onun transfer hüquqlarını almaq üçün 180 milyon avro ödəməlidir. Ötən mövsüm 19 yaşlı forvard Fransa Liqasında keçirdiyi 28 oyunda 13 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.