Zirə hazırlığı 2 mərhələdə keçəcək


İdman 11 İyn 2018 13:51:00 279 0

Zirə hazırlığı 2 mərhələdə keçəcək

Zirə” komandasının yay hazırlıq planı müəyyənləşib. Goal.az xəbər verir ki, bu barədə “Report”a qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib. 37 yaşlı mütəxəssis bildirib ki, komanda iyunun 22-də Bakıda bir araya gələcək: “Əvvəlcə paytaxtda 2 həftəlik təlim-məşq toplanışımız olacaq. Bu müddətdə 2 yoxlama oyunu keçirməyi planlaşdırırıq. İyulun 15-də isə Türkiyənin Bolu bölgəsinə yollanacağıq. Orada 2 həftəlik hazırlıq dönəmi üçün 4 yoxlama matçı nəzərdə tutmuşuq. Rəqiblərimiz hələlik bilinmir”.

Son mövsümdə Azərbaycan Premyer Liqasında 4-cü yeri tutan “Zirə” klubu avrokuboka vəsiqə qazana bilməyib.