Yevlax sakini qardaşının avtomobilini yandırdı


Digərləri 11 İyn 2018 13:34:00 329 0

Yevlax sakini qardaşının avtomobilini yandırdı

Yevlaxda qardaşının avtomobilini yandıran şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyunun 9-da Yevlax şəhəri ərazisində şəhər sakini Nizami Məmmədov qardaşı Vaqifə məxsus "Mercedes" markalı avtomobili qəsdən yandırıb.

N.Məmmədov Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.