Dünya çempionatı öncəsi Argentina millisində qalmaqal


İdman 11 İyn 2018 13:34:00 268 0

Dünya çempionatı öncəsi Argentina millisində qalmaqal

Dünya çempionatı öncəsi Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli xoşagəlməz hadisə ilə üzləşib. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis millinin aşpaz xanımına qarşı təcavüzdə ittiham olunur. "Radio Mitre"nin jurnalisti Qabriel Anyellonun məlumatına görə qadına susması üçün müəyyən məbləğdə pul təklif olunub. Bu informasiyanı nə Sampaolinin özü, nə də Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia təsdiqləməyib.

"Hər gün Argentina millisinə zərər vurmaq məqsədi güdən şeylər olur. Mən Sampaolinin dürüstlüyünə inanıram və yayılan söz-söhbətlərə fikir vermirəm" - Tapia deyib.

Anyello 2016-cı ildə ildə Ezekiel Lavezzini millinin düşərgəsində marixuana çəkməkdə ittiham etmişdi. Bu insidentdən sonra komanda medianı boykot etmişdi.