"Hüseyn deyirdi ki, sən mənə atamdan artıqsan"


Şou-biznes 11 İyn 2018 13:29:00 323 0

"Hüseyn deyirdi ki, sən mənə atamdan artıqsan"

"Maşın şou"nun keçmiş iştirakçısı, müğənni Əli Mirəliyev dünən gecə vayner Hüseyn Əzizoğlunun əməkdar artist Abbas Bağırovu oyundan kənarlaşdırmasına münasibət bildirib.

Son.az xəbər verir ki, Mirəliyev ölkə.az-a açıqlamasında bildirib ki, iştirakçılar qeyri-səmimidirlər:

"Oyundur da, kimsə kimisə kənarlaşdırmalıydı. Amma düzgün olmaq lazımdır. Mən tək yatırdım deyə, Hüseynin kimə necə müraciət etməsindən xəbərsizəm, heç kimin də işinə qarışmırdım. Hüseyn deyirdi ki, sən mənə atamdan artıqsan. Bu gün bilinəcək nə var, nə yox. Özlərini bir-birinə yaxın aparırlar, sonra düşmən olurlar. Heç baş açmadım ki, orada nə oyunlar gedir".