Bu gün Bakının bu hissəsindən keçməsəniz yaxşıdır


Digərləri 11 İyn 2018 13:02:00 256 0

Bu gün Bakının bu hissəsindən keçməsəniz yaxşıdır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Son.az-a verilən məlumata görə, Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq Meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bununla əlaqədar olaraq axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudulaşdırılacaq.

Bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Yusif Nəsirli Son.az