Bakıda avtobus qəza törətdi: ölən var


Digərləri 11 İyn 2018 12:51:00 302 0

Bakıda avtobus qəza törətdi: ölən var

Bakıda marşrut avtobusu qəza törədib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyunun 9-da saat 7 radələrində Xəzər rayonu ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev idarə etdiyi "Daewoo" markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə, sonradan isə səkidə dayanmış Bakı şəhər sakini Mansur Namazovu vurub.

Nəticədə M.Namazov və Y.Atakişiyevin sərnişini, paytaxt sakini Soltan Zərbəlizadə xəstəxanaya yerləşdiriliblər. M.Namazov orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.