"Hüseyn kimi cır oğul yetişdirənlərin..."


Şou-biznes 11 İyn 2018 12:53:00 304 0

"Hüseyn kimi cır oğul yetişdirənlərin..."

Bloqqer Hüseyn Əzizoğlunun "Maşın" şoudan əməkdar artist Abbas Bağırovu uzaqlaşdırması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, izləyicilərin əksəriyyəti bloqqerin bu addımını qınayıb, onu təhqir ediblər. Əzizoğlunun addımına etiraz edənlər arasında şou-biznes nümayəndələri də yer alıb.

Müğənni Natavan Həbibi Hüseyni satqın adlandırıb:

"İyrənc və şərəfsiz bir oyun idi. Kişi və ya qadın, fərqi yoxdur. İnsan olduğunu unutmaq olmaz. Dəyərlər şərtlərə görə dəyişməməlidir. Bu dərəcədə satqınlıq, bu yaşda! Aldanan tamaşaçı oldu. Əminəm, elə tamaşaçı da öz cavabını verəcək. Oyunu quranlar da, oynadanlar da uduzdu. Şounun nəticəsindən asılı olmayaraq yaddaşlarda bu günün çirkin oyunu qaldı".

Murad Arif də Hüseynin ünvanına tənqid yazanlardan olub:

"Heç biri ilə tanış deyiləm. Bu oğlan çox eybəcər söhbətlər edir. Pərvinin dostu kimdir, imkanı nədir... Kimə nə? Pərvin daha mərdanə danışır".

Bir neçə gün əvvəl "Maşın"dan gedən Rahidə Baxışova da Abbasın tərəfini saxlayıb:


Xəbərə aid fotolar