Bakı Nəqliyyat Agentliyi Xüsusi Sürücü Bazası yaradacaq


İqtisadiyyat 11 İyn 2018 12:43:37 278 0

Bakı Nəqliyyat Agentliyi Xüsusi Sürücü Bazası yaradacaq

Sürücü Təlim Mərkəzində təlimi uğurla başa vuranların adları bazaya daxil ediləcək

Son 8 ay ərzindəBakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində1 356 nəfər xüsusi təlim keçib.

"Report" xəbər verir ki, bunu agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, təlimi uğurla başa vuranların adları BNA-nın yaradacağıXüsusi Sürücü Bazasına daxil ediləcək: "Daşıyıcılardan verilən məlumata görə, hazırda 3060 sürücü sərnişinlərə xidmət göstərir. Onların hər biri xüsusi təlimlərdən keçəcək. Təlimlərdən keçmiş sürücülərin məlumatları əsasında həmin baza formalaşdırılacaq".

M.Ağayev qeyd edib ki, daşıyıcı şirkətlərin əməkdaşı olmayanD kateqoriyalı sürücülər də təlimlərdə iştirak edə bilərlər.

"Hazırda nəqliyyatdakı problemlərdən biripeşəkar sürücü çatışmazlığıdır", - deyə o, qeyd edib.