"Biz heyvanlar üçün oxumuruq..."


Şou-biznes 11 İyn 2018 12:35:00 295 0

"Biz heyvanlar üçün oxumuruq..."

Biz heyvanlar üçün oxumuruq, insanlar üçün oxuyuruq. Ali təhsilli insan daha peşəkar müsahibə verə bilərdi.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "ATV maqazin onlarla"ya qonaq olan müğənni Damla əməkdar artist Elza Seyidcahanın ünvanına deyib. Sənətçi Seyidcahanın onun fotosunu cırmasına və qeyri-peşəkar adlandırmasına cavab verib:

"Mən adımı dəyişməyimdən utanan bir insan deyiləm. Adım Məsumədir və adımdan çəkinmirəm. Elə bir iyrənc keçmişim də yoxdur, adımın ləkəsi də yoxdur ki, utanım, çəkinim. Damla tamaşaçısını kimsə təhqir edə bilməz. Mənim dinləyicilərimi kimsə aşağılaya bilməz".