“Onunbunun sümüyünü yuyur...”


Şou-biznes 11 İyn 2018 12:30:00 306 0

“Onunbunun sümüyünü yuyur...”

"ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının növbəti qonağı müğənni Samir Cavadzadə olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı müğənni Nura Suri ilə aralarında baş verən qalmaqala aydınlıq gətirib:

"Bu, məqsədyönlü ola bilər. Mən Ruslan (Proqramın əməkdaşı - red.) haqqında desəm ki, tənbəldi, telefon götürmür. Ruslana kim zəng vuracaq? Gündə on nəfər dost yığılıb restoranda, kafedə onun-bunun sümüyünü yuyursa, bu dostluq deyil. Bu, bekarçılıqdan başqalarının həyatı ilə yaşamaqdır. İllər boyu dost olurlar, sonra çıxıb hər şeyi vururlar yerə. Təbii ki, məyus oluram. Mənim üçün əsas insanlıqdır. O, mənim içimdə, hələ ki, ölməyib. Mən bunu təkcə Nura Suri haqqında demirəm. Nura əgər 5 faiz xətrimə dəyibsə, digərləri 25 faiz dəyib".