DİN: 22 kq-a yaxın narkotik vasitə aşkarlanıb


Digərləri 11 İyn 2018 12:13:00 230 0

DİN: 22 kq-a yaxın narkotik vasitə aşkarlanıb

22 kq-a yaxın narkotik vasitə aşkarlanıb

Bakı. Samir Əli - Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini uğurla davam etdirirlər. DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 9-da və 10-da bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 22 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.