Azərbaycan Parisdə keçirilən "Eurosatory 2018" hərbi sərgisində iştirak edir


Siyasət 11 İyn 2018 12:00:35 366 0

Azərbaycan Parisdə keçirilən "Eurosatory 2018" hərbi sərgisində iştirak edir

Sərgi beş gün davam edəcək

Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisi - "Eurosatory 2018" işə başlayıb.

"Report"un məlumatına görə, sərgidə Azərbaycanı Baş nazirin müavi Yaqub Eyyubov vəmüdafiə sənayesi naziriYavər Camalovun başçılıq etdiyi nümayədə heyəti təmsil edir.

Sərgidə ziyarətçilərə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin(MSN) müəssisələrində yaradılan və istehsal olunan 270 adda məhsul təqdim edilir.

Səfər zamanı nazir Yavər Camalovun hərbi-texniki əməkdaşlıq çərçivəsində görüşləri də nəzərdə tutulur.

"Eurosatory 2018" sərgisində dünyanın 63 ölkəsindən 1700-dən çox şirkətin iştirakı gözlənilir.

Sərgi beş gün davam edəcək.