Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşəcək


Digərləri 11 İyn 2018 12:02:00 256 0

Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşəcək

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin iyunun 12-də Gürcüstana rəsmi səfəri başlayır.

Bakı. Elçin Mehdiyev - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin iyunun 12-də Gürcüstana rəsmi səfəri başlayır. Komitədən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Komitə sədrinin Gürcüstan rəsmiləri və bu ölkədə yaşayan azərbaycanlılarla görüşləri planlaşdırlıb. Səfər iyunun 17-nə qədər davam edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin