İnterpolun rəis müavini və "ATA Bank"ın sədri məhkəməyə məcburi gətiriləcək


Digərləri 11 İyn 2018 11:54:00 292 0

İnterpolun rəis müavini və "ATA Bank"ın sədri məhkəməyə məcburi gətiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin məhkəməyə gəlmədiyi elan edilib.

Hakim bildirib ki, şahidlər məhkəməyə gəlmədiyi üçün onların barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Barəsində qərar çıxarılan şəxslər Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayevin oğlu, İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini Anar Qocayev və "ATA Bank"ın İdarə Heyətinin sədri Dəyanət Quliyevdir.

Buna görə proses iyunun 20-dək təxirə salınıb.