DÇ-2026-ya namizəd ölkələr təsdiqləndi


İdman 11 İyn 2018 11:52:00 212 0

DÇ-2026-ya namizəd ölkələr təsdiqləndi

FİFA 2026-cı il dünya çempionatını keçirmək üçün 2 ərizəni təsdiqləyib.

Goal.az-ın məlumatına görə, qərar Moskvada keçirilən FİFA Şurasının iclasında verilib. ABŞ-Meksika-Kanada üçlüyünün birgə və Mərakeşin fərdi namizədliyi qeydə alınıb.

Qurumun prezidenti Canni İnfantino bildirib ki, namizədliyin irəli sürülməsi prosesində pozutu qeydə alınmayıb. DÇ-2026 uğrunda mübarizənin qalibi iyunun 13-də Moskvadakı Konqresdə açıqlanacaq.

Qeyd edək ki, DÇ-2026-nın final mərhələsində ilk dəfə 48 ölkə iştirak edəcək.