"InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 11 İyn 2018 11:58:03 311 0

"InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Dünya valyuta birjalarında avro 1.1830$-a kimi də bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Hal-hazırda 1.1800$-ın altında ticarət edilən EUR/USD məzənnəsi 1.1750$-ı da aşağı istiqamətdə qırarsa, 1.1700 və 1.1670$-a kimi də ucuzlaşa bilər. Eyni zamanda, çərşənbə axşamı Bakı vaxtı ilə saat 16:30, çərşənbə günü saat 22:00, cümə axşamı saat 15:45 və cümə günü saat 13:00-da müvafiq olaraq açıqlanacaq ABŞ-dan inflyasiya, Amerika Mərkəzi Bankının faiz qərarı, Avropa Mərkəzi Bankının faiz qərarı və Avrozonada inflyasiya göstəriciləri fonunda bu həftə güclü hərəkətlilik gözlənilir. GBP GBP/USD məzənnəsi də ucuzlaşır. Təhlillərə əsasən, hal-hazırda 1.34$-a ticarət edilən GBP/USD məzənnəsi 1.3380$-ı da aşağı istiqamətdə qırarsa, 1.3300$-a kimi də dəyər itirə bilər. Çərşənbə axşamı və çərşənbə günləri müvafiq olaraq saat 12:30-da dərc ediləcək İngiltərənin əmək bazarı və inflyasiya ilə bağlı önəmli fundamental məlumatları da investorların diqqət mərkəzindədir.