Vidadi Bərdəlinin oğlu saxlanıldı FOTO


Digərləri 11 İyn 2018 11:32:00 286 0

Vidadi Bərdəlinin oğlu saxlanıldı  FOTO

Mərhum müğənni Vidadi Bərdəlinin oğlu saxlanılıb.

Son.az unikal.org-a istinadən xəbər verir ki, dünən Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb. Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Qeyd edək ki, polis tərəfindən saxlanılan Tuncay Vidadi oğlu Vəliyev əvvəllər Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərərvurma maddəsi ilə məhkumluq həyatı yaşayıb.


Xəbərə aid fotolar