DÇ-2018: Açılış mərasiminin mahnı ifaçıları müəyyənləşib


Digərləri 11 İyn 2018 11:19:26 164 0

DÇ-2018: Açılış mərasiminin mahnı ifaçıları müəyyənləşib

Tədbirə Ronaldo da qatılacaq

Britaniyalı ifaçı Robbi Uilyams və rusiyalı opera müğənnisi Aida Qarifullina Rusiyadakı futbol üzrə dünya çempionatının Açılış mərasimində çıxış edəcəklər.

"Report"un FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirə Braziliya yığması ilə ikiqat dünya çempionu olmuş Ronaldo da qatılacaq.

Mundialın açılışı iyunun 14-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək. Mərasim Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasındakı ilk qarşılaşmadan yarım saat əvvəl - Bakı vaxtı ilə saat 18:30-da başlanacaq.

Qeyd edək ki, 11 şəhərdəki 12 stadionda keçiriləcək dünya çempionatına iyulun 15-də yekun vurulacaq.