164 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı


Digərləri 11 İyn 2018 11:19:14 177 0

164 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyul ayının 10-da baş tutacaq.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyul ayının 10-da baş tutacaq. Komitədən Trend-ə verilən məlumata görə, bu hərraca 164 dövlət əmlakı çıxarılıb. Vətəndaşların və investorların 97 kiçik dövlət müəssisə və obyektləri, 67 qeyri-yaşayış sahələri arasında seçim etmək şansı var. Bu dəfə də hərracda kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət, faydalılıq baxımından çoxçeşidlidir. Belə ki, ilkin hərrac qiyməti 900 manat və 400 min manat aralığında olan belə əmlaklar Bakı, Qax, Mingəçevir və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər. Hərracda böyük investisiya yatırmaq iddiası olan şəxslər üçün seçim imkanı genişdir. İlkin qiyməti 400 min manat, ümumi faydalı sahəsi 2 min kv.m-ə yaxın olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 42 saylı mağaza müxtəlif istiqamətdə fəaliyyətə imkan verir