Ekspert: "Türk lirəsinin ucuzlaşması inflyasiyanın sürətlənməsi ilə bağlıdır"


İqtisadiyyat 11 İyn 2018 11:07:52 278 0

Ekspert: "Türk lirəsinin ucuzlaşması inflyasiyanın sürətlənməsi ilə bağlıdır"

Türkiyənin "Sözçü" qəzetinin iqtisadiyat və enerji məsələləri üzrə şərhçisi Taylan Böyükşahin "Report"a açıqlama verib

Türk lirəsinin ABŞ dolları və avro qarşısındadəyərdən düşməsi ölkədə inflyasiyanın sürətlənməsi ilə bağlıdır.

Bunu "Report"a açıqlamasında Türkiyənin "Sözçü" qəzetinin iqtisadiyat və enerji məsələləri üzrə şərhçisi Taylan Böyükşahin deyib.

Onun sözlərinə görə, mayda Türkiyədə qiymət artımının aylıq səviyyəsi1,62%-dən 12,15%-ə qalxıb və son 5 ayın ən yüksək göstəricini nümayiş etdirib: "Bu göstəricilər həmçinin son 15 ilin ən yüksək may inflyasiyası olub. İyunda qiymət artımının14% olacağı gözlənilir. Türkiyə üçün problemli məsələ olan yüksək inflyasiya seçkilərdən öncə hökumətin siyasətinə təzyiq göstərir. Eyni zamanda seçkilər səbəbindən atılmalı olan bir çox addımlar seçkilərdən sonraya qədər təxirə salınıb. Seçkilərdən sonra bu addımların atılması qaçılmaz olacaq. Məzənnədəki artımın da davam edəcəyi nəzərə alınarsa, yüksək inflyasiya və tədiyyə balansındakı kəsirlə Türkiyəni iqtisadi baxımdan çətin dövr gözləyir".