Göyçayda qəbiristanlığın yaxınlığında naməlum kişi meyiti tapıldı


Digərləri 11 İyn 2018 10:59:00 246 0

Göyçayda qəbiristanlığın yaxınlığında naməlum kişi meyiti tapıldı

Göyçay rayonunda kişi meyiti tapılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Potu kəndinin qəbiristanlığının yanında təxminən 50 yaşında naməlum kişi meyiti aşkarlanıb.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Onun iki gün əvvəl öldüyü ehtimal edilir. Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.