Baş nazir: İstanbulda gəmiçilik kanalının inşasının dayandırılmasından söhbət gedə bilməz


Digərləri 11 İyn 2018 10:50:51 260 0

Baş nazir: İstanbulda gəmiçilik kanalının inşasının dayandırılmasından söhbət gedə bilməz

İstanbulda gəmiçilik kanalının tikintisinin dayandırılmasından söhbət gedə bilməz.

Bakı. Rufiz Hafizoğlu - İstanbulda gəmiçilik kanalının tikintisinin dayandırılmasından söhbət gedə bilməz. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Baş nazir bildirib ki, müxalif partiyanın "Kanal İstanbul"un lazımsız layihə olması barədə bəyanatı absurddur. B.Yıldırım qeyd edib ki, bu layihə strateji əhəmiyyətli təşəbbüsdür və İstanbulda yükdaşımanın artmasına imkan verəcək.