Bakıda 17-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika, eləcə də 8-ci Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgiləri keçirilir


İqtisadiyyat 11 İyn 2018 10:28:51 344 0

Bakıda 17-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika, eləcə də 8-ci Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgiləri keçirilir

Sərgilər açılış mərasiminə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri qatılıb

Bu günBakıda 17-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika, eləcə də8-ci Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgilərinin açılışı keçirilib.

"Report" xəbər verir ki, mərasimdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Azərbaycan hökuməti ölkədə təhlükəsiz nəqliyyat sisteminin yaradılmasına, logistikanın inkişaf etdirilməsinə böyük önəm verir:

"Azərbaycan bu sahədəbir sıra layihələrin təşəbbüskarı və icraçısıdır. "Hazırda ölkə üzrə daşımaların 90%-i avtomobil nəqliyyatının payına düşür. Bu baxımdan sərnişinlərə xüsusi diqqət göstərilməlidir",- deyə nazir qeyd edib.

R.Quluzadə həmçinin Bakı-Tbilisi-Qars layihəsininönəmindən danışıb: "Bu layihə region üçün xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bölgənin ən əhəmiyyətli nəqliyyat kompleksidir".