Azərbaycan Universiteti magistraturaya qəbul elan edir


Digərləri 11 İyn 2018 10:32:00 187 0

Azərbaycan Universiteti magistraturaya qəbul elan edir

Azərbaycan Universiteti magistraturaya qəbul elan edir

Bakı. Azərbaycan Universiteti magistratura pilləsinə aşağıdakı ixtisaslar üzrə qəbul elan edir: Filologiya - Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı) Filologiya - Azərbaycan dili Filologiya - Azərbaycan ədəbiyyatı Filologiya - Dilşünaslıq (İngilis dili) Tarix - Azərbaycanın yeni və ən yeni tarixi Kompüter elmləri - İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı Sosial iş - Həyat fəaliyyətinin müxtəlif sahələrində Sosial iş Sosial iş - Gənclərlə iş MBA - Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə) MBA - Biznesin təşkili və idarə edilməsi (marketinq sahəsi üzrə) MBA - Biznesin təşkili və idarə edilməsi (vergi üzrə) MBA - Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) MBA xaricində bütün ixtisaslaşmalara dövlət sifarişi ilə (pulsuz) qəbul aparılır. MBA proqramına qəbul rus bölməsi ilə birgə aparılır və tədris ingilis dilindədir. Ödənişli əsaslarla qəbul olan tələbələr üçün Universitetin öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramı tətbiq olunur. Orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olan tələbələr üçün aylıq 100 manat məbləğində təqaüd təyin olunur.