Bakı Ali Neft Məktəbində MBA proqramına qəbul davam edir


Digərləri 11 İyn 2018 10:15:00 213 0

Bakı Ali Neft Məktəbində MBA proqramına qəbul davam edir

Bakı Ali Neft Məktəbində (BANM) 2018-ci ilin sentyabr ayından başlayaraq “Biznesin idarə edilməsi” (MBA - Master of Business Administration) ixtisası üzrə magistratura proqramının tədrisi həyata keçiriləcək.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) 2018-ci ilin sentyabr ayından başlayaraq “Biznesin idarə edilməsi” (MBA - Master of Business Administration) ixtisası üzrə magistratura proqramının tədrisi həyata keçiriləcək. Bu məqsədlə hazırda Ali Məktəbə MBA ixtisası üzrə qəbul davam edir. BANM-dan Trend-ə verilən məlumata görə, Ali Məktəbin MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Ali Məktəbin təqdim etdiyi innovativ MBA proqramı müasir çağırışlar və trendlərə tam cavab verəcək. Proqram öz tələbələrinə rəqabətə davamlı karyera imkanları, əlverişli dərs qrafiki, adakemik mükəmməllik, geniş profesional biznes əlaqələri və Azərbaycanın ən tanınmış mütəxəssislərindən praktiki biliklər əldə etmək imkanı verəcək.