Taekvondo federasiyasında 8 aydır maaşlar verilmir


İdman 11 İyn 2018 10:07:00 356 0

Taekvondo federasiyasında 8 aydır maaşlar verilmir

Azərbaycan Taekvondo Federasiyasında vəziyyət ürəkaçan deyil.

Goal.az xəbər verir ki, 8 aydır maaş üzü görməyən məşqçilər çıxılmaz vəziyyətdə qalıb. Onlar bu durumdan federasiya prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun xəbərsiz olduğunu düşünürlər.

Məşqçilərin iddiasına görə, mövcud duruma biganə yanaşan şəxs federasiyanın vitse-prezidenti Nağı Səfərovdur.

Nağı Səfərov hər dəfə məşqçilərə maaş probleminin aradan qaldırılacağı sözünü versə də, bu, əməldə öz təsdiqini tapmır.