Dövlət Departamenti: ABŞ İtaliyanın TAP layihəsində iştirakını yüksək qiymətləndirir (ÖZƏL)


Digərləri 11 İyn 2018 10:03:00 225 0

Dövlət Departamenti: ABŞ İtaliyanın TAP layihəsində iştirakını yüksək qiymətləndirir (ÖZƏL)

ABŞ İtaliyanın TAP layihəsində iştirakını yüksək qiymətləndirir.

Bakı. Ləman Zeynalova - Amerika Birləşmiş Ştatları Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) layihəsində İtaliyanın iştirakını yüksək qiymətləndirir. Bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən bildiriblər. Departamentdən İtaliyanın yeni hökumətinin TAP layihəsinə yenidən baxılması ilə bağlı bəyanatını şərh edərkən deyiblər: "ABŞ İtaliyanın Transadriatik boru kəməri layihəsində iştirakını və dəstəyini yüksək qiymətləndirir. Biz İtaliyanın bu layihənin yekunlaşmasına kömək məqsədilə səylərini alqışlayırıq". Qeyd edək ki, bir müddət əvvəl İtaliyanın ətraf mühit naziri Sercio Kosta İtaliyanın TAP və digər iri layihələrdə iştirakına yenidən baxılacağını deyib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin