Efirdə əlbəyaxa dava, "Maşın"dakı biabırçılıqlar,


Şou-biznes 11 İyn 2018 09:15:00 292 0

Efirdə əlbəyaxa dava, "Maşın"dakı biabırçılıqlar,

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (175-ci say) təqdim edir.

Son zamanlar teleməkanda baş verənləri şərh etmək çox çətindir. Birincisi, bunu edə bilmək üçün teletənqidçi olmaq lazımdır. Digər tərəfdən isə lap teletənqidçi olsan belə, kiminsə haqqında bir kəlmə yazanda iki yüz yerdən zənglər gəlir. Hərçənd ki, biz bu zəngləri 175 həftədən artıqdır ki, eşidirik və sadəcə, eşidirik. Ancaq iş o həddədir ki, baş verənləri dilə gətirmək üçün teletənqidçi olmaq bacarığı da tələb olunmur. Məsələn, yazsam ki, bir aparıcının çəkiliş zamanı "kalqotkası" düşüb və bu görüntülər çəkilərək saytlarda yayımlanıb, inanarsınız? Amma, gerçəkdən də, belə bir şey olub. Aparıcı xanımın bəxti onda gətirib ki, "kalqotka" özünə başqa geyimləri də qoşub gətirməyib.

Yenə də saytlardan oxudum ki, Rövşanənin verilişində əlbəyaxa dava olub. Özü də qadınla kişi arasında. Bəli, canlı efirdə belə kuryozlar ola bilir, amma veriliş öncədən çəkilirsə, belə görüntüləri efirə verməmək də olardı. Təbii ki, əgər həmin görüntülər öncədən quraşdırılmayıbsa.

Yadınızdadırsa, "Maşın şou" başlamazdan öncə demişdim ki, ora gedənlərin əksəriyyəti olan-qalan hörmətlərini də maşının təkərlərinə bağlayıb qayıdacaqlar. Proqnozlarım özünü doğrultmadı desəm, yalan olar. Bu arada Əli Mirəliyev Pərvin Abiyevaya belə bir sual ünvanlayıb: "İllərdir işləyirəm, mən ala bilmirəm. Sən o bahalı maşını hansı pulla sürürsən?"