Londonda xəstəxanada yanğın


Dünya 11 İyn 2018 08:37:00 223 0

Londonda xəstəxanada yanğın

Londonun şimalında yerləşən xəstəxanada yanğın hadisəsi. Yanğın bazar günü axşamı Enfild rayonunda (paytaxtın şimal hissəsində) yerləşən xəstəxanada baş verib. Son.az bildirir ki, bu haqda Trend şəhərin xilasetmə xidmətinin veb saytına istinadən xəbər verir.

"Səkkiz xilasetmə dəstəsi və 58 yanğın söndürən, Enfildə yerləşən xəstəxanada yanğını söndürmək üçün cəlb olunub. Hazırda yanğın iki mərtəbəli binanın birinci mərtəbəsinin kiçik bir hissəsinə yayıldı", xəbərdə deyilir.