Milli Qurtuluş Günü münasibəti ilə “Qurtuluş” tamaşası oynanılacaq


Digərləri 11 İyn 2018 08:29:34 256 0

Milli Qurtuluş Günü münasibəti ilə “Qurtuluş” tamaşası oynanılacaq

İrəvan Dövlət Azərbaycan Dram Teatrı 13 iyun saat 15:00-da DTX-nin Heydər Əliyev adına Akademiyasında “Ulu Öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində şair-dramaturq İftixarın “Qurtuluş dastanı” əsəri əsasında hazırlanmış “Qurtuluş” tamaşası ilə çıxış edəcək.

Bakı. İrəvan Dövlət Azərbaycan Dram Teatrı 13 iyun saat 15:00-da DTX-nin Heydər Əliyev adına Akademiyasında “Ulu Öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində şair-dramaturq İftixarın “Qurtuluş dastanı” əsəri əsasında hazırlanmış “Qurtuluş” tamaşası ilə çıxış edəcək. Bu barədə Trend-ə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. Tamaşa 15 iyun - Milli Qurtuluş Gününə həsr olunub.