Bakıda yeniyetmə qız mobil telefona görə özünü 11ci mərtəbədən atıb


Digərləri 11 İyn 2018 08:07:00 254 0

Bakıda yeniyetmə qız mobil telefona görə özünü 11ci mərtəbədən atıb

Bakıda yeniyetmə qız anasının ona telefon verməməsi səbəbindən özünü 11-ci mərtəbədən yerə atıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Xətai rayonunda, Sabit Orucov küçəsində baş verib.

2004-cü il təvəllüdlü Talıbova Fidan İlham qızı anası ilə mübahisə edib. Buna səbəb isə onun anasından mobil telefon istəməsi olub. Lakin anası telefonu ona verməyib.

Belə olduqda F.Talıbova özünü yaşadığı binanın 11-ci mərtəbəsindən yerə atıb. Xoşbəxtlikdən F.Talıbova avtomobilin üzərinə düşüb və sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralı cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.