Bakıda qəza olub


Digərləri 11 İyn 2018 07:41:00 174 0

Bakıda qəza olub

Avtomobil qəzası zamanı iki nəfər yaralanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda "Opel" markalı minik avtomobili dirəyə çırpılmışdır. Qəza zamanı minik avtomobilində olan 2 nəfər (sürücü və sərnişin) xəsarət almış və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yaralıları müvafiq qaydada minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.