"Zamanla kişilər də qəbul edəcək ki, qadınlar bu işi bacarar" Uğur hekayəsi


Digərləri 11 İyn 2018 07:07:00 334 0

"Zamanla kişilər də qəbul edəcək ki, qadınlar bu işi bacarar"  Uğur hekayəsi

"Özümü tək hiss etməkdən yoruluram" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bir vaxtlar səhv hesab etdiyi nüanslar həyatının ən böyük uğurlarına vəsilə olub. Deyir ki, təhsili ilə bağlı verdiyi qərarlardan ilk vaxtlar narazı olsa da, bu gün peşman deyil. Düşünür ki, gördüyü işə yox, nəticəyə foksulanmaq onu gücləndirir və məqsədinə çatdırır.

Müsahibimiz kibercinayətkarlıq sahəsində müstəqil ekspert, İT mühəndisi, Azərbaycan Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində Kiber təhlükəsizliyi xidmətində - CERT -də (Computer Emergency Response Team) baş məsləhətçi işləyən Leyla Əliyevadır.   Həmsöhbətimiz 2006-2010-cu illərdə Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat və kibernetika fakültəsində bakalavr təhsili alıb. Daha sonra Azərbaycan Neft Akademiyasında iqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr və kompyuter riyaziyyatının əsasları üzrə idarəetmə fakültəsi üzrə magistr dərəcəsinə yiyələnib. İkinci magistr dərəcəsini isə Çində Soongsil Universitetində informasiya elmləri üzrə alıb. SINAM LLC-də "Software" departamentində ERP sistem üzrə application (tətbiq) məsləhətçisi, MilliByte LLCdə təlimçi, Azərbaycan Dövlət Neft Şirkətində, İnformasiya Texnologiyaları və Kommunikasiya İnstitutunda çalışıb.

- Leyla xanım, sizdə İT sahəsinə maraq necə yarandı? 

- IT sahəsinə olan marağım 15 yaşımdan başlayıb. Onda 9-cu sinifdə oxuyurdum. İnformatika fənnini çox sevirdim. Sonra universitetə qəbul oldum və bu ixtisası seçdim. Universitet illərində də kibertəhlükəsizliklə bağlı fənlər daha çox diqqətimi cəlb etdi. Həmin vaxtdan qərara gəldim ki, nə proqramlaşdırma, nə də buna bənzər sahələr mənlikdir. Mən şəbəkə təhlükəsizlik sistem administrasiyası kimi sahələrə daha çox maraq göstərirəm. Magistr təhsilimi kompüter təhlükəsizliyi üzrə aldım. İlk dəfə magistratura dissertasiyasından iki gün sonra SOCAR-da informasiya təhlükəsizliyi sistem təminatı şöbəsində işləməyə başladım. Bununla yanaşı, Azərbaycanda "Linex" üzrə ilk bloq yazıları yazırdım. "Linex" informasiya təhlükəsizliyinin təmin olunması üçün istifadə olunan əməliyyat sistemlərini və proqram təminatlarını özündə əks etdirir. "Linex"dəki fəaliyyətimlə bağlı olaraq, hazırda işlədiyim elektron təhlükəsizliyi xidmətinə təklif aldım və burada işləməyə başladım.   - Uşaqlıqdan kompyuter ixtisaslarına maraq göstərmisiniz. Niyə məhz digər sahələr yox, kibertəhlükəsizliyi seçdiniz?

- Həmişə insanlara kömək etməyə çalışıram. Tanıdım, tanımadım fərq etməz. İnsanları qorumağı çox sevirəm. Bu sahənin məqsədləri xarakterimə çox uyğun gəlir. Həm də informasiya təhlükəsizliyi universaldır.  IT-nin bütün sahələrini - sistem administratorluğu, şəbəkə administratorluğu, proqramlaşdırma, menecment, siyasətin hazırlanması və s. sahələri özündə birləşdirir. Bəlkə də mənim ona görə marağımı cəlb etdi ki, burada daha çox təhlükələrin qarşısını almaq, baş verən hadisələrin nəticələrini aradan qaldırmaq kimi məqamlar olur. Mənə həmişə proqramlaşdırma çox sıxıcı gəlib. Fikirləşirdim ki, insanlar necə ola bilər ki, saatlarla kompüter arxasında kod yaza bilər, yaxud saatlarla eyni işi görə bilər. Bu cəhətdən kibertəhlükəsizliyin çoxsahəli olması məni cəlb edib və daha çox maraq göstərdim. Bu sahədə bütün biliklərimi tətbiq edir, sadəcə bir istiqamətdə yox, bütün sahələrdə inkişaf edə bilirəm.

- Bu sahədə xanımlar çox azdır. Həmkarlarınızın daha çox qarşı cins olmasının çətinlikləri nələrdir?

- Mənfi tərəfləri çoxdur. Qadınlar daim bəylər tərəfindən demotivasiya olur. İşə götürülərkən qadınların analıq məzuniyyətinə çıxması, toy məsələləri nəzərə alınır. Fasiləsiz işləyəcək adam axtardıqlarına görə, adətən bəylərə üstünlük verirlər. Ən əsası isə bəylərin bu sahədə daha savadlı olduqlarına inanırlar. Sanki qadınlar bu işi bacarmayacaq kimi  mühakimə edirlər. Düzdür, müəyyən insanlar var ki, bu sahə üzrə qadınların da kişilərdən geri qalmadıqlarını bilirlər. Özümü tək hiss etməkdən yoruluram. Bəzən tədbirdə 50 nəfər bəy olur, bir xanım. Bu, mənə təsir edir. Düzdür, qadın az olduğu üçün həmcinslərin arasında lider olmaq şansın daha çoxdur. Sən tək qadınsan və diqqət sənin üzərində olur. Amma öz sahəndə tək olmaq, özünü tək hiss etmək insanı demotivasiya edir.

- Bəs demotivasiya olduğunuz zaman özünüzü necə motivasiya edirsiniz?

- Adətən çalışıram ki, nəticələrə fokuslanım. Elə olur ki, oxuyuram sonra fikirləşirəm ki, onsuz da bəylər məni olduğumdan aşağı səviyyədə göstərib bu işə qəbul etməyəcəklər. Müsahibədən qadın olduğum üçün keçmək şansım yoxdur. Sonra nəticəyə baxıram. Düşünürəm ki, bu sertifikatı alsam, çox qadınlara stimul ola bilərəm. Onları da bu sahədə irəli getməyə stimullaşdıra bilərəm.

- Nə üçün kişilər düşünür ki, bu sahəni qadınlar bacarmaz? Bəlkə də əksər qadınlar da kişilərlə həmfikirdir... Həqiqətənmi qadınlar bu sahədə çətinlik çəkirlər?


Xəbərə aid fotolar