Tanınmış həkimdən çörəklə bağlı


Digərləri 10 İyn 2018 23:56:00 280 0

Tanınmış həkimdən çörəklə bağlı

Hamımızın sevərək yediyimiz çörəklə bağlı mütəxəssislər xəbərdarlıq edir.

Son.az oxu.az-a istinadən bildirir ki, çörək uşaqlar başda olmaqla hər kəsin kökəlməsinə səbəb olur.

Tətildə uşaqların necə qidalanmalı olduğu haqda danışan türkiyəli mütəxəssis Fevzi Özgönül bildirib ki, əgər uşaqlarınız kökəlməyə meyllidirsə tətil vaxtı sağlam qidalanma və idman etdirməyə başlayın:

"Uşaqlar yuxudan oyanan kimi səhər yeməyi verin. Səhər yeməyində isə çox asan həzm olunan müxtəlif yeməklər olmalıdır.

Yumurta qayğanağı hazırlayın, süfrəyə uşaqlarınızın sevdiyi müxtəlif pendir çeşidləri qoyun. Əsla kəpəkli çörək olmasın.

Tamamilə taxıldan, çovdardan ya da kənd çörəyi dediyimiz acıtma ilə hazırlanmış çörək verin. Çünki, kəpək bağırsaqdakı dəmir və kalsium həzm edilməsini əngəllədiyi üçün uşaqlara məsləhət görülmür.