Buzovna çimərliyində növbəti təmizlik aksiyası təşkil olundu


Digərləri 10 İyn 2018 23:58:00 283 0

Buzovna çimərliyində növbəti təmizlik aksiyası təşkil olundu

Çimərlik mövsümünün açılışı ilə əlaqədar, iyunun 10-da IDEA İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin Azərbaycan Nümayəndəliyi və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilmişdir.

Çimərlik mövsümünün açılışı ilə əlaqədar, iyunun 10-da IDEA İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin Azərbaycan Nümayəndəliyi və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilmişdir. Trend-in məlumatına görə, təmizlik aksiyası Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş “Yaşıl həftə” tədbirlər silsiləsi çərçivəsində Buzovna çimərliyi ərazisində təşkil edilib. Qeyd edək ki, “Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan sayca 9-cu aksiyadır. Sözügedən aksiyaya BMT-nin Azərbaycan Nümayəndəliyinin, UNDP, UNICEF və FAO-nun nümayəndələri, eləcə də 300 nəfərdən çox könüllü gənc qoşulub. Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlikdən 5 tona yaxın tullantı toplamışlar. Daha sonra tullantılar çeşidlənərək çimərliklərdə ən çox müşahidə olunan zibillər müəyyən edilmişdir. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da (kiçik traktorlar) cəlb olunmuşdur. Daha sonra, bütün tullantılar ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilmişdir.