Doğulduğu gündən bəri günə 6 milyon dollar qazanıb


Digərləri 10 İyn 2018 23:45:00 286 0

Doğulduğu gündən bəri günə 6 milyon dollar qazanıb

Sosial media nəhəngi Facebook-un qurucusu Mark Zuckerberg-in dünən 33 yaşı tamam olub.

Son.az "Marja"ya istinadən xəbər verir ki, Forbes-ə görə təxminən 74 milyard dollarlıq sərvətilə dünyanın ən varlıları siyahısında yer alan Zuckerberg doğumundan bəri hər gün orta hesabla 5.97 milyon dollar qazanıb.

Ən varlılar siyahısında 132 milyard dollarla birinci yeri tutan Amazon-un qurucusu Cef Bezosun doğulduğu gündən bəri gündəlik qazancı 6.8 milyon dollara bərabər gəlir.